Sentyabr 1.mp3

Zəbur 140

Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1 Ya Rəbb, məni şər adamlardan xilas et,

Məni qəddar insanlardan hifz et.

2 Ürəklərində pis niyyətləri var,

Hər gün dava yaradırlar.

* Kəskin dilləri ilan tək çalar,

Sanki dodaqlarında gürzə zəhəri var.

Sela

4 Ya Rəbb, şər insanın əlindən,

Qəddar insanlardan məni qoru.

İstəyirlər ki, ayağımı büdrətsinlər.

5 Bu təkəbbürlü insanlar mənə tələ qurublar,

Tor atıblar, cələlərini yolumun üstünə qoyublar.

Sela

6 Rəbbə dedim: «Allahım Sənsən,

Ya Rəbb, yalvarıram, Sən məni eşit!

7 Ey Xudavənd Rəbb, Sən qüvvətli Xilaskarımsan,

Döyüş günündə başıma dəbilqə qoymusan.