Sentyabr 10.mp3

Süleymanın Məsəlləri 16

1 Ürəyin fikirləri insandan,

Dilin cavabı isə Rəbdəndir.

2 İnsanın bütün yolları öz gözündə təmiz sayılar,

Lakin Rəbb ürəkləri yoxlar.

3 Görəcəyin işləri Rəbbə ver,

Onda niyyətlərin yerinə yetər.

4 Rəbb hər şeyi məqsədinə müvafiq yaradıb,

O, pis insanı bəla günü üçün yaradıb.

5 Rəbb qəlbi təkəbbürlülərdən ikrah edər,

Doğrudan da, onlar cəzasız qalmaz.

6 Xeyirxahlıq və sədaqət hər təqsiri kəffarə edər,

İnsan Rəbb qorxusuna görə pislikdən dönər.

7 Rəbb insanın həyatından razı qaldısa,

Düşmənlərini belə, onunla barışdırar.

8 Salehliklə qazanılan az şey

Haqsız yolla olan bol gəlirdən yaxşıdır.

9 İnsan ürəyində özü üçün yol qurar,

Amma Rəbbin verdiyi istiqamətlə addımlar.