Avqust 10.mp3

Zəbur 37

Davudun məzmuru.

1 Pislik edənlərə görə narahat olma,

Fitnəkarlıq edənlərə qibtə etmə.

2 Tezliklə onlar ot kimi quruyacaq,

Yaşıl çəmən kimi tez solacaq.

3 Rəbbə güvən, yaxşılıq et,

Bu diyarda arxayın ömür sür.

4 Rəbdən zövq al,

O da səni ürəyinin istəklərinə çatdıracaq.

5 Yolunu Rəbbə ver,

Ona güvən,

O edəcək.

6 Rəbb sənin salehliyini nur kimi aydınlaşdıracaq,

Həqiqətini gündüz günəşi tək çıxaracaq.

7 Rəbbin hüzurunda sükut et,

Onu səbirlə gözlə.

Yolunda uğur qazanan

Hiyləgər insan üçün narahat olma.