Noyabr 11.mp3

Mərsiyələr 1

1 Yerusəlim şəhəri necə də boş qalıb,

Bir zaman insanlarla dolu idi,

İndi dul qadına bənzəyir –

Millətlər arasında ulu sayılan,

Ellər arasında mələkə olan,

Bu şəhər nökərçilik edir.

2 Gecələr acı-acı ağlar,

Göz yaşları ilə yanağı islanar,

Məşuqlarının arasından

Ona təsəlli verən yoxdur.

Bütün dostları ona xəyanət etdi, düşmən oldu.

3 Yəhuda dərdə, ağır zillətə düşüb,

İndi sürgünə gedir.

O, millətlər arasında yaşayır,

O torpaqlarda rahatlıq tapmır,

Yəhuda bu iztiraba düşəndə,

Təqibçilər ona çatdılar.

4 Siona gedən yollar yas tutur,