Avqust 11.mp3

Zəbur 39

Musiqi rəhbəri Yedutun üçün. Davudun məzmuru.

1 Dedim: «Hər addımıma diqqət edəcəyəm,

Dilimlə günah etməkdən çəkinəcəyəm.

Pis adam qarşımda durarkən

Dilimi yüyənləyib dinməyəcəyəm».

2 Dilimi saxlayıb susdum,

Yaxşılığa belə, danışmadım.

Dərdlərim ağırlaşdı,

3 Köksümdəki qəlbimə köz doldu.

Dərin düşünəndə yanıb-yaxıldım,

Dilimlə belə dedim:

4 «Ya Rəbb, mənə bildir,

Aqibətim necə olacaq?

Ömrümün günləri nə qədər qalıb?

Qoy nə qədər fani olduğumu anlayım!

5 Budur, günlərim ovcuna sığdı,

Ömrüm qarşında heç oldu.

Bəli, insan sadəcə bir nəfəsdir.