Noyabr 12.mp3

Mərsiyələr 3

1 Rəbbin qəzəb dəyənəyindən

Mən əzab çəkirəm,

2 O məni apardı,

İşıqda deyil, qaranlıqda gəzdirdi.

3 Bütün gün – dəfələrlə qaldırdığı əli

Mənə qarşıdır.

4 Ətimi, dərimi çürütdü,

Sümüklərimi sındırdı.

5 Məni əzabla, cəfa ilə sarıdı,

Mühasirəyə saldı.

6 Çoxdan ölüb-gedənlər kimi

Məni zülmətdə yaşatdı.

7 Ətrafımı hər tərəfdən hasara aldı,

Məni zəncirləyib, qaça bilmirəm.

8 Fəryad edib mən imdad istəyərkən

O, duamın qarşısına sədd çəkdi.

9 Yonma daşlarla yollarımı kəsdi,

Onları dolaşdırdı.