İyul 12.mp3

Nehemya 7:5-7:73

5 Allahım ürəyimə fikir göndərdi ki, əyanları, hökumət məmurlarını və habelə xalqı yığıb siyahıya alım. Mən ilk qayıdanların nəsil şəcərələrinin siyahısını əldə edib, içində belə bir yazı tapdım:

6 Babil padşahı Navuxodonosorun əsir aldığı adamlar yaşadıqları vilayətdən Yerusəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdı. 7 Bunlar Zerubbabil, Yeşua, Nehemya, Azarya, Raamya, Naxamani, Mordokay, Bilşan, Misperet, Biqvay, Nexum və Baananın başçılığı ilə gəldi.

Sürgündən qayıdan İsraillilərin sayı:

8 Paroş övladları – 2172 nəfər;

9 Şefatya övladları – 372 nəfər;

10 Arah övladları – 652 nəfər;

11 Yeşua və Yoav nəslindən Paxat-Moav övladları – 2818 nəfər;

12 Elam övladları – 1254 nəfər;

13 Zattu övladları – 845 nəfər;

14 Zakkay övladları – 760 nəfər;

15 Binnuy övladları – 648 nəfər;

16 Bevay övladları – 628 nəfər;

17 Azqad övladları – 2322 nəfər;

18 Adoniqam övladları – 667 nəfər;

19 Biqvay övladları – 2067 nəfər;

20 Adin övladları – 655 nəfər;

21 Ater, yəni Xizqiya övladları – 98 nəfər;

22 Xaşum övladları – 328 nəfər;