Oktyabr 12.mp3

Yeşaya 52:13-52:15

13 Budur, Mənim qulum uğur qazanacaq,

O yüksəldiləcək, ucaldılacaq, çox izzətlənəcək.

14 Çoxları onun qarşısında mat qalacaq.

Bəli, onun görkəmi çox dəyişmişdi,

Zahirən insan surətindən çıxmışdı.

15 * Lakin o, çox millətləri heyrətə salacaq,

Onun qarşısında padşahlar ağzını yumacaq,

Çünki onlar bilmədiklərini görəcək,

Eşitmədiklərini anlayacaq.

Yeşaya 53

1 * * Xəbərimizə kim inandı,

Rəbbin gücü kimə zahir oldu?

2 O, Rəbbin önündə bir fidan kimi,

Quru torpaqda bitən kök kimi böyüdü.

Baxanda onun nə görkəmi, nə gözəlliyi var idi,

Gözümüzü oxşayan zahiri siması da yox idi.

3 Adamlar ona həqarətlə baxıb rədd etdi.

O, dərdli, xəstəlikləri görən insan idi,