Avqust 12.mp3

Zəbur 42

Musiqi rəhbəri üçün. Qorah övladlarının maskili.

1 Maral axar sulara həsrət qalan kimi,

Ey Allah, könlüm Sənin həsrətini çəkir!

2 Ey var olan Allah, mənim qəlbim Sənin üçün susayıb.

Ay Allah, nə vaxt gəlib hüzurunda görünüm?

3 Göz yaşlarım gecə-gündüz qidam olub,

Daim mənə deyirlər: «Bəs hanı Allahın?»

4 Bunları yadıma salarkən ürəyim üzülür,

Necə də yüksəkdən sevinc, şükür nidalarını söyləyərək

Bayram edən xalqın qarşısında gedərdim,

Onları Allahın evinə aparardım.

5 Mənim qəlbim, niyə qırılmısan?

Axı niyə bu köksümdə təlaşlanırsan?

Ümidini yenə Allaha bağla,

Qoy Allahıma – məni qurtarana şükür edim.

6 Köksümdəki qəlbim qırılıb,

Ona görə İordan diyarında,

Xermon, Misar dağında