Sentyabr 13.mp3

Süleymanın Məsəlləri 22

1 Yaxşı ad böyük sərvətdən,

Lütfkarlıq isə qızıl-gümüşdən üstündür.

2 Zəngin və yoxsul insan bir şeydə bir-birinə bənzəyir –

Hər ikisini yaradan Rəbdir.

3 Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar,

Cahil isə irəli çıxar, ziyan tapar.

4 İtaətkarlığın və Rəbb qorxusunun nəticəsi

Sərvət, şərəf, həyatdır.

5 Əyri yol tikanlıdır, orada tələlər var,

Canını qoruyan bundan uzaqlaşar.

6 Uşağa tərbiyə ver ki, layiqli yol tutsun,

O qocalanda da bu yoldan dönməz.

7 Zəngin yoxsulun ağası olar,

Borclu adam borc verənə qul olar.

8 Haqsızlıq əkən şər biçər,

Onun qəzəbinin dəyənəyi məhv edilər.

9 Əliaçıq bərəkət qazanar,

Çünki çörəyindən kasıba paylar.