Oktyabr 13.mp3

Yeşaya 56

1 Rəbb belə deyir:

«Ədaləti qoruyun, salehliyə əməl edin.

Çünki xilasım yaxındadır,

Salehliyim tezliklə aşkar olunacaq.

2 Bunu edən insan,

Buna itaət edən bəşər oğlu nə bəxtiyardır!

Şənbə gününü tutar, murdarlamaz,

Hər cür şərdən qorunar.

3 Qoy Rəbbə bel bağlayan heç bir yadelli deməsin:

“Əlbəttə, Rəbb məni Öz xalqından ayıracaq”.

Qoy heç bir xədim deməsin:

“Mən quru bir ağacam”».

4 Çünki Rəbb belə deyir:

«Şənbə günlərimə riayət edən,

Mənə xoş gələni seçən,

Əhdimə itaət edən xədimlərə

5 Evimdə, divarlarımın arasında

Oğul və qızlardan daha da yaxşı olan