Avqust 13.mp3

Zəbur 46

Musiqi rəhbəri üçün. Qorah övladlarının «Alamot» üstə oxunan ilahisi.

1 Allah bizə sığınacaqdır, qüvvətdir,

Dar gündə çox kömək edir.

2 Buna görə biz qorxmuruq:

Yer üzü alt-üst olsa belə,

Dağlar uçub dənizin köksünə aşsa belə,

3 Dalğalar kükrəyib qalxsa belə,

Vurub dağları yırğalasa belə,

Biz qorxmuruq.

Sela

4 Bir çay var ki suları Allahın şəhərinə axır,

Haqq-Taalanın müqəddəs məskəninə sevinc gətirir.

5 Allah bu şəhərin mərkəzində sarsılmaz durub,

Ona dan yeri söküləndə yardım edər.

6 Millətlər kükrəyər, ölkələr sarsılar,

Allah səsini çıxaranda dünya əriyər.

7 Ordular Rəbbi bizimlədir!

Yaqubun Allahı qalamızdır!