Dekabr 14.mp3

Huşə 8

1 Şeypur çalmağa hazırlaş!

Rəbbin evinin üzərinə

Düşmən qartal kimi hücum çəkir.

Çünki İsraillilər Mənim əhdimi pozdu,

Mənim qanunuma qarşı çıxdı.

2 Onlar Mənə fəryad edib deyəcək:

“Allahım, biz İsraillilər Səni tanıyırıq”.

3 İsrail yaxşılığı rədd etdi,

Düşmən onu təqib edəcək.

4 Məndən soruşmadan

Özlərinə padşah qoydular.

Məndən xəbər almadan

Başçılar seçdilər.

Özlərinə qızıl və gümüşlərindən

Ölümlərinə yol açan

Bütlər düzəltdilər.

5 Ey Samariya, dana bütün rədd edildi!

Mənim qəzəbim onlara qarşı alovlandı.