Dekabr 15.mp3

Huşə 11

1 * İsrail uşaq ikən onu sevdim,

Öz oğlumu Misirdən çağırdım.

2 Peyğəmbərlər İsraili çağırdıqca

İsrail onlardan uzaqlaşdı.

Baal bütlərinə qurban kəsdilər,

Oyma bütlərə buxur yandırdılar.

3 Efrayimə gəzməyi Mən öyrətdim,

Onları qollarım üstünə aldım.

Ancaq bilmədilər ki,

Onlara Mən şəfa verdim.

4 Onları insani tellərlə,

Sevgi bağları ilə Özümə çəkdim.

Onlar üçün çənələrindən boyunduruğu qaldıran

Bir kəs oldum,

Əyilib onlara yemək verdim.

5 Məgər Misirə qayıtmayacaqlar?

Aşşur onlara padşah olmayacaq?

Çünki onlar Mənə üz tutmaq istəmədilər.