Sentyabr 15.mp3

Süleymanın Məsəlləri 25

1 Bunlar da Süleymanın məsəlləridir. Yəhuda padşahı Xizqiyanın adamları bir yerə yığılıb bunların üzünü köçürtdü.

2 Allahın işlərinin müəmması Onu şərəfləndirər,

Bu işləri aşkar etmək padşahlara şərəf gətirər.

3 Göyün yüksəkliyini, yerin dərinliyini,

Padşahın da qəlbindən keçənləri bilmək olmaz.

4 Tullantını gümüşdən ayırsan,

Zərgərə əl işi qalar.

5 Əgər şər adam padşahın yanından ayrılarsa,

Taxtı salehliklə möhkəmlənər.

* Padşahın hüzurunda özünü ucaltma,

Rütbəlilərin yanında dayanma.

7 Çünki «buyur yuxarı» dəvətini almaq

Bir əsilzadə qarşısında aşağı endirilməkdən yaxşıdır.

8 Gördüyün şeylər barədə

Dava yaratmağa tələsmə.

Sonra qonşun səni utandırsa, nə edərsən?

9 Münaqişəni qonşunla özün həll et,

Özgənin sirrini açma.