Oktyabr 15.mp3

Yeşaya 61:4-61:11

4 Onlar qədim dağıntıları inşa edəcək,

Əvvəlki xarabalıqları bərpa edəcək,

Nəsillər boyu viranə qalmış şəhərləri yenidən quracaq.

5 Yadellilər gəlib sürülərinizi otaracaq,

Əcnəbilər sizə əkinçilik və bağbanlıq edəcək.

6 Sizsə Rəbbin kahinləri,

Allahımızın xidmətçiləri adlanacaqsınız.

Millətlərin sərvəti ilə bəslənəcəksiniz,

Var-dövlətləri ilə fəxr edəcəksiniz.

7 Çəkdiyiniz xəcalət yerinə ikiqat şərəf,

Rüsvayçılıq əvəzinə payınızı alıb sevinəcəksiniz.

İndi isə torpağınızda ikiqat mülk alacaqsınız,

Sevinciniz əbədi olacaq.

8 Çünki Mən Rəbb ədaləti sevirəm.

Soyğunçuluğa, haqsızlığa nifrət edirəm.

Əlbəttə, əməllərinə görə onlara haqqını verəcəyəm,

Onlarla əbədi əhd kəsəcəyəm.

9 Nəsillərindən törəyənlər millətlər içində,