Avqust 15.mp3

Zəbur 53

Musiqi rəhbəri üçün. Davudun «Maxalat» üstə oxunan maskili.

* Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər,

İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş,

Yaxşı iş görən yoxdur.

2 Allah göylərdən bəşər övladına baxır;

Görəsən Allahı dərk edən, Onu axtaran varmı?

3 Hamı birgə pozulub, namus əldən gedib,

Bir nəfər də olsun yaxşı iş görən yoxdur.

4 Şər iş görənlərin hər biri məgər heç nə qanmırmı?

Xalqımı çörək yerinə yeyirlər, Allahı çağırmırlar.

5 Onlar böyük dəhşətə düşəcək,

Heç görünməmiş dəhşətə düçar olacaqlar.

Allah bizi mühasirəyə salanların

Sümüklərini qırıb dağıdacaq.

Onlar qarşımızda pərt qalacaq,

Çünki Allah tərəfindən rədd olunacaqlar.

6 Kaş İsrailin azadlığı Siondan gələydi!

Allah Öz xalqına bəxtəvər günlərini qaytaran zaman