Oktyabr 17.mp3

Yeremya 1

1 Bunlar Binyamin torpağındakı Anatotda yaşayan kahinlərdən biri olan Xilqiya oğlu Yeremyanın sözləridir. 2 * Yəhuda padşahı Amon oğlu Yoşiyanın dövründə – padşahlığının on üçüncü ilində Yeremyaya Rəbbin sözü nazil oldu. 3 * * Bu, Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin dövründən Yəhuda padşahı Yoşiya oğlu Sidqiyanın padşahlığının on birinci ilinin sonunadək, beşinci ayda Yerusəlim əhalisinin sürgünə aparılmasına qədər davam etdi.

4 Mənə Rəbbin bu sözü nazil oldu:

5 «Mən sənə ananın bətnində

Surət verməzdən əvvəl səni tanıdım,

Doğulmazdan əvvəl səni təqdis edib

Millətlərə peyğəmbər etdim».

6 Onda mən dedim: «Ah, ya Xudavənd Rəbb! Axı mənim danışıq qabiliyyətim yoxdur, çünki hələ cavanam». 7 Rəbb mənə dedi: «Sən “cavanam” demə. Mən səni kimin yanına göndərsəm, gedəcəksən, sənə nə əmr etsəm, onu söyləyəcəksən. 8 Adamlardan qorxma, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam» Rəbb belə bəyan edir. 9 Rəbb əlini uzadıb ağzıma toxundu və mənə dedi: «Bax sözlərimi sənin dilinə qoydum. 10 Bu gün səni millətlər və ölkələr üzərinə təyin etdim ki, onları kökündən yıxıb dağıdasan, qırıb məhv edəsən, əkib tikəsən».

11 Mənə Rəbbin bu sözü nazil oldu: «Ey Yeremya, nə görürsən?» Mən dedim: «Badam ağacının bir budağını görürəm». 12 Rəbb mənə dedi: «Düz görmüsən. Axı Mən hər sözümü yerinə yetirməkdə sayığam». *

13 Mənə yenə Rəbbin bu sözü nazil oldu: «Nə görürsən?» Mən dedim: «Şimaldan bu tərəfə yönəlmiş qaynar bir qazan görürəm». 14 Rəbb mənə dedi:

«Bu ölkədə yaşayanların hamısının üzərinə

Şimaldan bəla yağacaq.

15 Çünki Mən şimal ölkələrinin bütün tayfalarını çağıracağam»

Rəbb belə bəyan edir.

«Hər biri gəlib öz taxtını

Yerusəlim darvazalarının girişində,

Onun bütün darvazalarının ətrafında

Və bütün Yəhuda şəhərlərində quracaq.

16 Bütün pisliklərinə görə