Sentyabr 18.mp3

Süleymanın Məsəlləri 30

1 Yaqe oğlu Aqurun sözləri, onun kəlamı.

Bu adam Yetielə, Yetiel və Ukala belə dedi: *

2 Həqiqətən, mən hamıdan ağılsızam,

İnsan idrakına malik deyiləm.

3 Nə hikmət öyrənmişəm,

Nə də Müqəddəsin biliyindən xəbərim var.

4 Kim göylərə qalxıb endi?

Kim yeli ovcunda topladı?

Kim suları paltarına sarıdı?

Yer üzünün qurtaracağınadək hər yeri kim yaratdı?

Adı nədir? Oğlunun adı nədir?

Bilirsənmi?

5 Allahın hər bir kəlamı safdır,

Ona pənah gətirənlərin sipəri Odur.

6 Onun sözünə heç nəyi əlavə etmə,

Yoxsa səni tənbeh edər, yalanını çıxarar.

7 Ey Allah, Səndən iki şey istəyirəm,

Nə qədər ömrüm var, məndən onları əsirgəmə: