Oktyabr 18.mp3

Yeremya 4:3-4:31

3 * Çünki Yəhuda adamlarına və Yerusəlimə

Rəbb belə deyir:

«Özünüz üçün təzə əkin yeri şumlayın,

Ancaq tikanlar arasında əkməyin.

4 Ey Yəhuda adamları və Yerusəlimdə yaşayanlar,

Özünüzü Rəbb üçün sünnət edin,

Ürəyinizin sünnət ətini kəsin.

Yoxsa pis əməllərinizə görə

Qəzəbim od kimi püskürüb yandıracaq,

Söndürən olmayacaq.

5 Yəhudada elan edin,

Yerusəlimdə car çəkib deyin:

“Ölkədə şeypur çalın!”

Ucadan qışqırıb söyləyin:

“Gəlin toplanıb

Qalalı şəhərlərə girək!”

6 “Siona qaçın” deyə bayraq qaldırın,

Qaçıb qurtulun, dayanmayın.