Avqust 18.mp3

Zəbur 69

Musiqi rəhbəri üçün. Davudun «Şoşannim» üstə oxunan məzmuru.

1 Ay Allah, məni qurtar,

Su çıxıb boğazımacan,

2 Dərin bataqlığa batmaqdayam,

Ayaq üstə durmağa yer yoxdur.

Dərin sulara qərq olmuşam,

Sellər məni aparır.

3 Fəryad etməkdən taqətim kəsildi,

Allahı gözləməkdən

Boğazım qurudu, gözümün nuru söndü.

* Boş yerə mənə nifrət edənlər

Başımın tükündən çoxdur.

Haqsız yerə mənə düşmən kəsilənlər,

Məni məhv etmək istəyənlər qüvvətlidir.

Oğurlamadığım şeyləri necə qaytara bilərəm?

5 Ey Allah, ağılsızlıq etdiyimi bilirsən,

Günahlarım Səndən gizli deyil.

6 Ey Ordular Rəbbi Xudavənd, Səni gözləyənlər