Avqust 19.mp3

Zəbur 73

Asəfin məzmuru.

1 Doğrudan da, İsrail üçün,

Ürəyitəmiz olanlar üçün

Allah xeyirxahdır.

2 Amma mənim ayaqlarım az qala büdrəmişdi,

Addımlarım məni yıxmışdı.

3 Pislərin firavanlığını görərkən

Bu məğrurlara həsəd aparırdım.

4 Ölənədək onların ağrıları yoxdur,

Vücudları ətə-cana gəlib.

5 Onlar başqaları kimi dərdə düşməzlər,

Əzab çəkməzlər.

6 Çünki təkəbbür onlar üçün boyunbağı kimidir,

Zorakılıq libas kimi əyinlərini örtür.

7 Köklükdən gözləri dombalıb çıxır,

Qəlblərinin pis məqsədləri aşıb-daşır.

8 Pis niyyətli sözləri ilə insanlara istehza edirlər,

Onlara yuxarıdan baxıb hədə-qorxu gəlirlər.