Oktyabr 2.mp3

Yeşaya 24

1 Budur, Rəbb yer üzünü boş qoyub xarabalığa çevirəcək,

Dünyanı alt-üst edəcək,

Sakinlərini dağıdacaq.

2 Nə xalqla kahin arasında,

Nə nökərlə ağası arasında,

Nə qarabaşla xanımı arasında,

Nə alıcı ilə satıcı arasında,

Nə borc verənlə borc alan arasında

Nə də sələmçi ilə borc alan arasında

Heç bir fərq qoyulmayacaq.

3 Yer üzü tamamilə boş qalıb xarabalığa çevriləcək.

Çünki Rəbb bu sözü söylədi.

4 Dünya saralıb-solur,

Yer üzü quruyub-solur.

Dünyanın məğrur insanları məyus olur.

5 Dünyanı sakinləri murdar etdi,

Çünki Allahın qanunlarını tapdaladı,

Qaydalarına xor baxdı,