1 Pislərin məsləhəti ilə getməyən,
Günahkarların yolunda dayanmayan,
Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır!
2 O ancaq Rəbbin Qanunundan zövq alar,
Gecə-gündüz bu təlimatı dərin düşünər.
3 * Axar sular kənarında əkilən ağac kimi
Barını mövsümündə verər,
Yarpağı solmaz,
Etdiyi hər işdə uğur qazanar.
4 Pis adamlarsa belə deyil,
Onlar yelin sovurduğu saman çöpünə bənzəyər.
5 Buna görə pis adamlar hökm günündə,
Günahkarlar salehlərin məclisində dayana bilməz.
6 Çünki Rəbb salehlərin yolunu bilər,
Pislərin yolu isə məhv olar.
1 * Nə üçün millətlər belə vurnuxmaya düşür,
Ümmətlər boş şeylər düşünür?