Sentyabr 2.mp3

Zəbur 145

Davudun həmd nəğməsi.

1 Ey Padşahım olan Allahım, Səni yüksəldəcəyəm,

İsminə sonsuza qədər alqış edəcəyəm.

2 Sənə hər gün alqış edəcəyəm,

İsminə əbədilik həmd edəcəyəm.

3 Rəbb əzəmətlidir, bol həmdə layiqdir,

Onun əzəməti insan ağlına sığmaz.

4 Əməllərin nəsildən-nəslə qədər mədh ediləcək,

Qüdrətli işlərin bəyan ediləcək.

5 Əzəmətindən, izzətindən, şərəfindən deyiləcək,

Xariqəli işlərini dərindən düşünəcəyəm.

6 İnsanlar zəhmli işlərinin qüdrətindən danışacaq,

Sənin əzəmətini elan edəcəyəm.

7 İnsanlar Sənin bol xeyirxahlığını bəyan edəcəklər,

Salehliyini mədh edəcəklər.

* Rəbb lütfkar və rəhmlidir,

Hədsiz səbirli və bol məhəbbətlidir.

9 Rəbb hamıya xeyirxahlıq edər,