1 * İsrail padşahı Davud oğlu Süleymanın məsəlləri:
2 Hikmət və tərbiyəyə malik olmaq,
Müdrik sözləri dərk etmək üçün,
3 Salehlik, ədalət, insaf barədə
İdrak tərbiyəsi almaq üçün,
4 Cahillərə uzaqgörənlik,
Gənc oğlana bilik və dərrakə vermək üçün;
5 Qoy hikmətli qulaq asıb müdrikliyini artırsın,
Dərrakəli adam sağlam məsləhət alsın.
6 Bu yolla insanlar məsəl və kinayələri,
Hikmətlilərin sözlərini və müəmmalarını anlasınlar.
7 * Rəbb qorxusu biliyin başlanğıcıdır,
Amma səfehlər hikmət və tərbiyəyə xor baxar.
8 Oğlum, ata tərbiyəsinə qulaq as,
Ananın öyrətdiklərini kənara atma.
9 Onlar başını gözəl çələng kimi,
Boynunu boyunbağı kimi bəzər.
10 Oğlum, qoyma səni günahkarlar azdırsın.