Avqust 4.mp3

Zəbur 11

Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1 Rəbbə pənah gətirmişəm.

Könlümə necə deyə bilərsiniz ki,

Quş kimi dağlara uç?

2 Bax pislər ox-kaman qurublar,

Oxlarını yayın üstünə qoyublar,

Qaranlıqda dayanıblar,

Ürəyidüz olanları nişan alıblar.

3 Əgər hər şey təməlindən dağılarsa,

Salehlər nə edə bilər?

4 Rəbb Öz müqəddəs məbədindədir,

Onun taxtı göylərdədir.

Rəbbin görən gözləri var, gözünü açar,

Bəşər övladlarına diqqətlə baxar.

5 Rəbb saleh adamı sınaqdan keçirir,

Pisə, zülmkarasa nifrət edir.

6 Pislərin üstünə odlu köz, kükürd yağdırır,

Onların kasalarına düşən pay səmum yeli olacaq.