Sentyabr 5.mp3

Süleymanın Məsəlləri 6

1 Oğlum, qonşuna zamin durub,

Yadlarla əlbir olub,

2 Ağzından çıxan sözlərlə tələyə düşmüsənsə,

Ağzından çıxan sözlərlə ələ keçmisənsə,

3 Demək bu qonşunun əlinə düşmüsən.

Oğlum, çalış, özünü qurtar:

Get onun ayağına düş, yalvar-yaxar.

4 Qoy gözünə yuxu getməsin,

Kirpiklərin ağırlaşmasın.

5 Özünü ovçunun əlindən ceyran kimi,

Quşbazın əlindən quş kimi qurtar.

6 Ey tənbəl, qarışqalara diqqət yetir,

Onların həyatından ibrət götür.

7 Onların nə başçıları var,

Nə nəzarətçiləri, nə də hökmdarları.

8 Yayda azuqələrini yığar,

Biçin vaxtı özlərinə yem toplayarlar.

9 Ey tənbəl, nə qədər yatacaqsan?