Avqust 5.mp3

Zəbur 18

Musiqi rəhbəri üçün. Rəbb Öz qulu Davudu bütün düşmənlərin və Şaulun əlindən qurtaranda Davudun Ona söylədiyi ilahi.

1 O belə oxudu:

Ey mənə qüvvət verən Rəbb, Səni sevirəm.

2 Rəbb qayam, qalam, xilaskarımdır,

Allahım qayamdır, Ona pənah gətirəcəyəm,

Odur qalxanım, qüdrətli qurtarıcım, qülləm.

3 Həmdə layiq Rəbbi çağıracağam,

Düşmənlərimin əlindən qurtulacağam.

4 Ətrafımı ölüm ipləri bürümüşdü,

Məni əcəl selləri ürkütmüşdü.

5 Ölülər diyarının ipləri mənə sarılmışdı,

Ölüm kəməndləri məni qarşılamışdı.

6 Əzab içində Rəbbə yalvardım,

Allahıma fəryad qopardım.

O, məbədindən səsimi eşitdi,

Fəryadımsa hüzuruna, Onun qulağına yetdi.

7 O zaman yer üzü sarsılıb titrədi,

Dağların təməlləri lərzəyə gəldi,