Sentyabar 6.mp3

Süleymanın Məsəlləri 8

* Məgər hikmət çağırmırmı,

Məgər dərrakə səsləmirmi

2 Uca yerlərdə, yol kənarında,

Yollar ayrıcında dayanıb?

3 Darvazaların yanında, şəhərin qarşısında,

Qapıların kandarında çağırır:

4 «Ey insanlar, mən sizi səsləyirəm,

Ey bəşər övladları, sizə xitab edirəm.

5 Ey cahillər, uzaqgörən olun,

Ey axmaqlar, ağıllanın.

6 Dinləyin, əla şeylərdən danışıram,

Dilimdən düz sözlər çıxır.

7 Ağzım həqiqət söyləyir,

Dilim şərdən iyrənir.

8 Ağzımdan yalnız salehlik sözləri çıxır,

Sözlərimdə nə əyrilik, nə də ki yalan var.

9 Anlayanlar üçün hər şey aydındır,

Bilik qazananlar üçün bu bir həqiqətdir.