1 * Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Neriya oğlu Baruk, Yeremyanın dediyi bu sözləri kitaba yazanda Yeremya peyğəmbər ona belə söylədi: 2 «Ey Baruk, sənin barəndə İsrailin Allahı Rəbb belə deyir: 3 “Sən dedin ki, vay mənim halıma! Çünki Rəbb dərdlərimə kədər də qatdı, iniltimdən yoruldum, rahatlıq tapmıram”. 4 Sən ona söylə ki, Rəbb belə deyir: “Bax Mən tikdiyimi dağıdacağam, əkdiyimi çıxaracağam, özü də bütün ölkədə. 5 Əgər sən özün üçün çox şey istəyirsənsə, istəmə. Çünki Mən bütün bəşərin üzərinə bəla gətirəcəyəm” Rəbb belə bəyan edir. “Ancaq hara gedirsən, get, heç olmasa canını qoruyacağam”».
1 Bu, millətlər barədə Yeremya peyğəmbərə nazil olan Rəbbin sözüdür. 2 * Misir haqqında, Misir padşahı firon Nekonun ordusu barədə nazil olan sözdür. Bu ordu Fərat çayı sahilində olan Karkemişdə idi. Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Babil padşahı Navuxodonosor onu məğlub etdi.
3 «Qalxan və sipər hazırlayıb
Döyüşə girin!
4 Atlarınızı yəhərləyin,
Ayğırlarınıza minin, ey atlılar!
Dəbilqə geyinib sıraya düzülün,
Nizələrinizi itiləyib zireh geyinin!
5 Nə üçün mən bunu gördüm?
Onlar dəhşətə düşüb geri döndü,
Döyüşçüləri məğlub oldu,
Tez qaçıb heç geriyə də baxmadı.
Hər tərəfdə dəhşət var!»
Rəbb belə bəyan edir.
6 «Bərk qaçan qaça bilməyəcək,
Güclü qurtula bilməyəcək.
Şimalda Fərat çayı sahilində