1 Süleymanın məsəlləri:
Hikmətli oğul atasını sevindirər,
Axmaq oğul anasına dərd gətirər.
2 Şər yolla yığılan xəzinədən fayda götürmək olmaz,
Amma salehlik insanı ölümdən qurtarar.
3 Rəbb saleh insanı ac qoymaz,
O, acgöz pisləri doydurmaz.
4 Tənbəlin əlləri onu yoxsullaşdırar,
Çalışqanın əli sərvət qazanar.
5 Ağıllı oğul yayda məhsul yığar,
Biçin vaxtı yatan oğul rüsvay olar.
6 Saleh insanın başından bərəkət yağar,
Şər adamın dili zorakılığı gizli saxlar.
7 Saleh insanın adı xeyir-dua ilə çağırılar,
Şər adamın adı isə çürüyər.
8 Qəlbən hikmətli olan əmrləri qəbul edər,
Səfeh boşboğazlığı üzündən itib-batar.
9 Kamalla gəzib-dolaşan dinc yaşar,