1 * Moav barədə İsrailin Allahı olan Ordular Rəbbi belə deyir:
«Vay Nevonun halına!
Çünki viranəliyə çevriləcək.
Qiryatayim dağılacaq,
Ələ keçiriləcək.
Qalası dağılacaq,
Darmadağın olacaq.
2 Artıq Moavın şöhrəti qalmayıb.
Xeşbonda * onun məhvi üçün niyyət qururlar:
“Gəlin onu yox edək ki,
Daha bir də belə millət olmasın”.
Ey Madmen, † sən də susdurulacaqsan,
Qılınc səni qovacaq.
3 Xoronayimdən fəryad səsi gələcək:
“Şəhər dağıldı və böyük qırğın oldu!”
4 Moav dağıdıldı,
Övladlarının fəryadı ucaldı.
5 * Ağlaya-ağlaya