Avqust 7.mp3

Zəbur 26

Davudun məzmuru.

1 Məni haqlı çıxar, ya Rəbb,

Çünki mən kamalla gəzmişəm,

Sarsılmadan Rəbbimə güvənmişəm.

2 Ya Rəbb, məni sınaqdan keçir,

Sən məni imtahan et,

Qəlbimi, fikirlərimi saf et.

3 Məhəbbətin gözümün önündə durur,

Sənin sədaqətinlə gəzirəm.

4 Yalançı insanlarla oturmuram,

İkiüzlülərlə yoldaşlıq etmirəm,

5 Yaramazların məclisinə nifrət edirəm,

Pislərlə oturmuram.

6 Ya Rəbb, günahsızlıq içində əllərimi yuyuram,

Qurbangahının başına dolanıram,

7 Şükür səsimi ucaldıram,

Bütün xariqələrini bəyan edirəm.

8 Ya Rəbb, məskənin olan evi,