3 Yəhudanın oğulları: Er, Onan və Şela. Onun bu üç oğlu Kənanlı Bat-Şuadan doğuldu. Yəhudanın ilk oğlu Er Rəbbin gözündə pis adam idi və Rəbb onu öldürdü. 4 Yəhudanın gəlini Tamar ona Peresi və Zerahı doğdu. Yəhudanın cəmisi beş oğlu var idi.
5 Peresin oğulları: Xesron və Xamul. 6 Zerahın oğulları: Zimri, Etan, Heman, Kalkol və Dara. Bunlar cəmisi beş nəfər idi. 7 * Karminin oğlu həsr olunmuş şeydə xainlik edib İsraili bəlaya salan Akan idi. 8 Etanın oğlu Azarya idi.
9 Xesronun oğulları: Yeraxmeel, Ram və Kalev. 10 Ramdan Amminadav törədi və Amminadavdan Yəhudalıların rəhbəri Naxşon törədi. 11 Naxşondan Salmon törədi və Salmondan Boaz törədi. 12 Boazdan Oved törədi və Oveddən Yessey törədi. 13 Yesseyin oğulları bunlar idi: ilk oğlu Eliav, ikincisi Avinadav, üçüncüsü Şimea, 14 dördüncüsü Netanel, beşincisi Radday, 15 altıncısı Osem, yeddincisi Davud. 16 Onların bacıları Seruya və Aviqail idi. Seruyanın üç oğlu var idi: Avişay, Yoav və Asahel. 17 Aviqail Amasanı doğdu. Amasanın atası İsmailli Yeter idi.
18 Xesron oğlu Kalevin arvadı Azuva və Yeriot ona övladlar doğdu. Kalevin Azuvadan olan oğulları bunlardır: Yeşer, Şovav və Ardon. 19 Azuva öldü. Kalev Efratı arvad aldı və o da Kalevə Xuru doğdu. 20 Xurdan Uri törədi. Uridən Besalel törədi.
21 Bundan sonra Xesron altmış yaşında ikən Gileadın atası olan Makirin qızını aldı və onunla yaxınlıq etdi; o, Xesrona Sequvu doğdu. 22 Sequv Yairin atası idi. Yairin Gilead torpağında iyirmi üç şəhəri var idi. 23 Amma Geşurlular və Aramlılar onlardan Xavvot-Yairi aldılar, bundan başqa, Qenatı və onun qəsəbələrini də – cəmisi altmış şəhəri aldılar. Bunların hamısı Gileadın atası olan Makirin nəsilləri idi. 24 Xesron Kalev-Efratada öldükdən sonra Xesronun arvadı Aviya ona Teqoanın atası Aşxuru doğdu.
25 Xesronun ilk oğlu Yeraxmeelin oğulları: ilk oğlu Ram, Buna, Oren, Osem və Axiya. 26 Yeraxmeelin başqa bir arvadı var idi, onun adı Atara idi. Onamın anası o idi. 27 Yeraxmeelin ilk oğlu Ramın oğulları: Maas, Yamin və Eqer. 28 Onamın oğulları: Şammay və Yada. Şammayın oğulları: Nadav və Avişur. 29 Avişurun arvadının adı Avihayil idi. O, Avişura Axbanı və Molidi doğdu. 30 Nadavın oğulları: Seled və Appayim. Seled oğulsuz öldü. 31 Appayimin oğlu İşi idi. İşinin oğlu Şeşan idi. Şeşanın oğlu Axlay idi. 32 Şammayın qardaşı Yadanın oğulları: Yeter və Yonatan. Yeter oğulsuz öldü. 33 Yonatanın oğulları: Pelet və Zaza. Bunlar Yeraxmeelin nəsilləri idi.
34 Şeşanın oğulları yox idi, yalnız qızları var idi. Şeşanın bir Misirli qulu var idi, onun adı Yarxa idi. 35 Şeşan qulu Yarxaya qızını arvad olmaq üçün verdi. Arvadı ona Attayı doğdu. 36 Attaydan Natan törədi. Natandan Zavad törədi. 37 Zavaddan Eflal törədi. Eflaldan Oved törədi. 38 Oveddən Yehu törədi. Yehudan Azarya törədi. 39 Azaryadan Xeles törədi. Xelesdən Eleasa törədi. 40 Eleasadan Sismay törədi. Sismaydan Şallum törədi. 41 Şallumdan Yeqamya törədi. Yeqamyadan Elişama törədi.
42 Yeraxmeelin qardaşı Kalevin oğulları: Zifin atası ilk oğlu Meşa, Xevronun atası Mareşa. 43 Xevronun oğulları: Qorah, Tappuah, Reqem və Şema. 44 Şemadan Yorqoamın atası olan Raxam törədi. Reqemdən Şammay törədi. 45 Şammayın oğlu Maon idi. Maon Bet-Suru tikdi. 46 Kalevin cariyəsi Efa Xaranı, Mosanı və Qazezi doğdu. Xaran Qazezin atası idi. 47 Yahdayın oğulları: Regem, Yotam, Geşan, Pelet, Efa və Şaaf. 48 Kalevin cariyəsi Maaka Şeveri və Tirxananı doğdu. 49 O həm də Madmannanın atası Şaafı, Makbenanın və Giveanın atası Şevanı doğdu. Kalevin qızı Aksa idi. 50 Bunlar Kalevin nəsilləri idi.
Efratanın ilk oğlu Xurun oğulları bunlardır: Qiryat-Yearimin atası Şoval, 51 Bet-Lexemin atası Salma, Bet-Qaderin atası Xaref. 52 Qiryat-Yearimin atası Şovalın nəsilləri bunlardır: Haroelilər, Manaxatlıların yarısı. 53 Qiryat-Yearimin sakinləri: Yeterlilər, Putlular, Şumalılar, Mişralılar. Bunların arasından Soralılar və Eştaollular çıxdılar. 54 Salmanın nəsilləri: Bet-Lexemlilər, Netofalılar, Atrot-Bet-Yoavlılar, Manaxatlıların yarısı və Soralılar. 55 Yabesdə yaşayan mirzələrin nəsilləri: Tirealılar, Şimealılar, Sukalılar. Bunlar Bet-Rekavın atası Xammatın nəslindən olan Qenlilərdir.
1 Davudun Xevronda doğulan oğulları bunlardır: ilk oğlu İzreelli Axinoamdan doğulan Amnon, ikincisi Karmelli Aviqaildən doğulan Daniel, 2 üçüncüsü Geşur padşahı Talmayın qızı Maakadan doğulan Avşalom, dördüncüsü Haqqitdən doğulan Adoniya, 3 beşincisi Avitaldan doğulan Şefatya, altıncısı arvadı Eqladan doğulan İtream. 4 * Davudun bu altı oğlu Xevronda doğuldu. Davud orada yeddi il altı ay padşahlıq etdi, Yerusəlimdə isə otuz üç il padşahlıq etdi. 5 * Davudun Yerusəlimdə doğulan oğulları bunlardır: Ammielin qızı Bat-Şevadan doğulan dörd oğlu: Şimea, Şovav, Natan və Süleyman, 6 daha doqquz oğlu: İvxar, Elişua, Elpelet, 7 Noqah, Nefeq, Yafia, 8 Elişama, Elyada və Elifelet. 9 Cariyələrdən doğulan oğullarından başqa Davudun bütün oğulları bunlardır. Tamar da onların bacısıdır.
10 Süleymanın oğlu Rexavam, onun oğlu Aviya, onun oğlu Asa, onun oğlu Yehoşafat, 11 onun oğlu Yehoram, onun oğlu Axazya, onun oğlu Yoaş, 12 onun oğlu Amasya, onun oğlu Azarya, onun oğlu Yotam, 13 onun oğlu Axaz, onun oğlu Xizqiya, onun oğlu Menaşşe, 14 onun oğlu Amon, onun oğlu Yoşiya. 15 Yoşiyanın oğulları: ilk oğlu Yoxanan, ikincisi Yehoyaqim, üçüncüsü Sidqiya, dördüncüsü Şallum. 16 Yehoyaqimin oğulları: onun oğlu Yekonya, * onun oğlu Sidqiya.
17 Əsir aparılmış Yekonyanın oğulları: Şealtiel, 18 Malkiram, Pedaya, Şenassar, Yeqamya, Hoşama və Nedavya. 19 Pedayanın oğulları: Zerubbabil və Şimey. Zerubbabilin oğulları: Meşullam və Xananya, onların bacısı Şelomit, 20 daha beş oğlu: Xaşuva, Ohel, Berekya, Xasadya və Yuşav-Xesed. 21 Xananyanın nəsilləri: Pelatya, Yeşaya, Refayanın oğulları, Arnanın oğulları, Avdiyanın oğulları, Şekanyanın oğulları. 22 Şekanyanın oğlu Şemaya idi. Şemayanın altı oğlu: Xattuş, İqal, Bariah, Nearya və Şafat. 23 Nearyanın üç oğlu: Elyoenay, Xizqiya və Azriqam. 24 Elyoenayın yeddi oğlu: Hodavya, Elyaşiv, Pelaya, Aqquv, Yoxanan, Delaya və Anani.
1 Yəhudanın oğulları: Peres, Xesron, Karmi, Xur və Şoval. 2 Şovalın oğlu Reayadan Yaxat törədi; Yaxatdan Axumay və Lahad törədi. Bunlar Soralıların nəsilləri idi. 3 Etamın oğulları bunlardır: İzreel, İşma və İdbaş. Onların bacısının adı Haslelponidir. 4 Penueldən Qedor, Ezerdən isə Xuşa törədi. Bunlar Bet-Lexemin atası Efratanın ilk oğlu Xurun övladlarıdır. 5 Teqoanın atası Aşxurun iki arvadı var idi: Xela və Naara. 6 Naara ona bunları doğdu: Axuzzam, Xefer, Temeni və Axaştari. Bunlar Naaranın oğulları idi. 7 Xelanın oğulları: Seret, İsxar, Etnan və Qos. 8 Qosdan Anuv, Soveva və Harum oğlu Axarxelin nəsilləri törədi.
9 Yabes qardaşlarından daha hörmətli idi. Anası «onu ağrı ilə doğdum» deyib adını Yabes qoymuşdu. 10 Yabes İsrailin Allahını çağırıb dedi: «Kaş Sən mənə xeyir-dua verəydin! Torpaqlarımı genişləndir, mənə kömək ol və əzab çəkməyim deyə məni şərdən qoru». Allah da istədiyi şeyi ona verdi.
11 Şuxanın qardaşı Keluvdan Mexir törədi. Mexirdən Eşton törədi. 12 Eştondan Bet-Rafa, Paseahın və İr-Naxaşın atası Texinna törədi. Bunlar Rekalılardır. 13 Qenazın oğulları: Otniel və Seraya. Otnielin oğulları Xatat və 14 Ofranın atası olan Meonotay. Serayadan Ge-Xaraşimin * atası Yoav törədi. Bu şəhərin sakinləri ustalar olduğuna görə belə adlanırdı. 15 Yefunnenin oğlu Kalevin oğulları: İru, Ela və Naam. Elanın oğlu Qenaz idi. 16 Yehallelelin oğulları: Zif, Zifa, Tirya və Asarel. 17 Ezranın oğulları: Yeter, Mered, Efer, Yalon. Meredin arvad aldığı firon qızı Bityanın oğulları: Məryəm, Şammay və Eştemoanın atası İşbah. 18 Yəhudalı arvadı isə bunları doğdu: Qedorun atası Yered, Sokonun atası Xever və Zanoahın atası Yequtiel. 19 Naxamın bacısı Hodiyanın arvadı idi. Onun oğullarından Qarmili Qeila və Maakalı Eştemoa törədi. 20 Şimeonun oğulları: Amnon, Rinna, Ben-Xanan və Tilon. İşinin oğulları: Zoxet və Ben-Zoxet. 21 Yəhudanın oğlu Şelanın nəsilləri: Lexanın atası Er, Mareşanın atası Laada və Bet-Aşbeada olan incə kətan toxuyanların nəsilləri, 22 Yoqim və Kozevalılar, Yoaş və Saraf. Bunlar Moavda arvad aldılar və Lexemə qayıtdılar. Bu, qədim hadisələrdir. 23 Onlar dulusçu idi, Netaimdə və Gederada yaşayırdılar. Padşah üçün iş görərək orada qalırdılar.