Sentyabr 9.mp3

Süleymanın Məsəlləri 14

1 Hikmətli qadın evini qurar,

Səfeh qadın onu öz əli ilə uçurar.

2 Düz yol tutan Rəbdən qorxar,

Yolunu azan Ona xor baxar.

3 Səfeh lovğa sözlərinə görə kötək qazanar,

Hikmətlinin dili onu qoruyar.

4 Öküz olmayan yerdə axur təmiz olar,

Amma bol məhsul öküzün gücü ilə yaranar.

5 Doğru şahid yalan deməz,

Yalançı şahid yalandan üzə durar.

6 Rişxəndçi hikmət axtaranda onu tapmaz,

Dərrakəli adama bilik tapmaq asan olar.

7 Axmağın qarşısından çəkil,

Onun dilində ağıllı söz tapmazsan.

8 Uzaqgörən hikməti ilə öz yolunu anlar,

Axmaq səfehliyi ilə öz-özünü aldadar.

9 Səfehlər günaha rişxənd edər,

Əməlisalehlər bir-birini məmnun edər.