Noyabr 9.mp3

Yeremya 50

1 * Rəbb Babil və Xaldey ölkəsi barədə Yeremya peyğəmbər vasitəsilə bu sözləri nazil etdi:

2 «Millətlərə bildirib elan edin.

Bayraq qaldırıb xəbər verin,

Heç nəyi gizlətməyin!

Deyin ki, Babil ələ keçiriləcək,

Bel allahı utandırılacaq,

Marduk allahı dəhşətə düşəcək,

Bütləri alçaldılacaq,

Məbudları parça-parça olacaq.

3 Çünki onun üstünə şimaldan

Bir millət hücum edəcək,

Ölkəsini viran edəcək.

Orada yaşayan olmayacaq,

İnsan da, heyvan da qaçıb gedəcək».

4 Rəbb bəyan edir: «O gün, o zaman

İsrail xalqı ilə Yəhuda xalqı

Birlikdə gələcək,

Onlar ağlaya-ağlaya gəlib